Dünya neft şirkətlərinin 1/3-i müflisləşə bilər
17 Fevral 2016 16:25 DünyaDünyada neft şirkətlərinin 95%-i "qara qızıl"ın bir barelinin 15 ABŞ dolları olacağı halda öz rentabelliklərini saxlaya bilər. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Deloitte" konsaltinq şirkətinin yeni hesabatında deyilir. 2014-cü ildə neft şirkətlərinin yalnız 65 faizi neftin qiymətinin 15 dollar/barel olacağı halda öz rentabelliklərini saxlaya bilərdilər. Hesabat müəlliflərinin fikrincə, bu, şirkətlərin öz istehsal xərclərini azalda bildiklərini göstərir. "Deloitte", eyni zamanda hesab edir ki, dünyanın neft şirkətlərinin 1/3-i bu il müflisləşə bilər. Buna səbəb kimi neftin ucuzlaşması və aktivlərin dəyərdən düşməsi göstərilir. Nəticədə isə şirkətlərin borclar üzrə hesablaşmaları çətinləşib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00