"Ər-Riyadın nə gücü var, nə cəsarəti" - General
17 Fevral 2016 15:51 DünyaSəudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına başlaya bilməz. Axar.az bildirir ki, bu sözləri İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Məhəmməd əli Cəfəri deyib. "Səudiyyə Ərəbistanının bunu edəcək nə gücü var, nə də cəsarəti. Suriya torpaqlarına girməyə cəsarət edə bilməzlər. Səudiyyəlilər ABŞ və digərlərinin verdiyi silahlarla terrorçuları gücləndirmək üçün hava əməliyyatı keçirə bilər. Ancaq bunun da bir nəticəsi olmayacaq. İran Suriya dövləti və xalqını dəstəkləyir və bu dəstəyimiz davam edəcək", - general qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00