Yəməndə partlayış: ölənlər var
17 Fevral 2016 15:35 DünyaYəmənin müvəqqəti paytaxtı Ədənin şərqində yerləşən Ras-Abbas hərbi düşərgəsi yaxınlığındakı partlayış nəticəsində azı 10 nəfər həyatını itirib. Report bildirir ki, bu haqda "Al-Arabia" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu partlatması nəticəsində baş verib. Xəbərdə bildirilib ki, ölənlərin çoxu Yəmən hökumətinin hərbçiləri və xalq qurtuluş dəstələrinin döyüşçüləridir. "Al-Jazeere"nin məlumatına əsasən, partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00