Vəzifə üçün onun adamı olmalısan

Ermənistan prezidenti Serj Sarkisyan sabiq dövlət başısı Robert Koçaryanın yaratdığı sistemi yox edib. Belə ki, 2003-cü ildə, Robert Koçaryanın zamanında Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyinə təyinatın qaydaları dəyişib. Act.am  bildirir ki, Robert Köçəryan komandasındakı adamları güc strukturlarına rəhbər vəzifələrə təyin etməklə həm hakimiyyət koalisiyasındakı digər partiyaların təsir imkanlarını azaldır, həm də Rusiyanın təzyiq vasitələrini zəiflədirdi. Serj Sarkisyan isə tam tərsinə hərəkət edir. O, MTX-yə kəşfiyyat və əks-kəşfiyyata peşəkar səviyyədə bələd olmayan adamı təyin etməklə nazirlikdəki bütün adamlara göstərdi ki, vəzifə pilləkanında irəliləmək üçün ixtisas üzrə illərlə çalışmağa ehtiyac yoxdur. Yetər ki, Sarkisyanın adamı olasan. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Hakopyanın vəzifəsindən azad olunması və onun yerinə baş prokurorun müavini Georgi Kutoyanın təyinatı da bunun bariz timsalıdır. 34 yaşlı Q.Kutoyanın təyinatı Ermənistan parlamentində müxalifətçilərin narazılığına səbəb olub. İrs Partiysının funksioneri, deputat Zarui Postancyan İnzibati Məhkəməyə şikayət ünvanlayaraq təyinatın qanunsuz sayılmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00