Deputatın 11,6 milyon dolları var
17 Fevral 2016 14:52 DünyaErmənistan parlamentinin deputatı, "Orinas Yerkir" Partiyasının funksioneri Melik Manukyanın sadəcə, rəsmi sənədlərdə göstərilən varidatının 580 milyon dram, yəni təxminən 11,6 milyon dollar olduğu vurğulanır. Politik.am bildirir ki, dövlət büdcəsini talamaqda, qanunsuz bizneslə məşğul olmaqda, korrupsiya və rüşvətxorluqda erməni deputatlar nazirlərdən geri qalmırlar. M.Manukyan parlamentin etika komitəsinə təqdim etdiyi sənəddə varidatının 580 milyon dram olduğunu yazıb. Amma o, pulların mənşəyini göstərməyib. Ermənistandakı bütün məmurlar varidatlarının mənbələrini gizlətdikləri təki.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00