Koalisiya Yəməndə hücuma başlayır

İranmeyilli husilərə qarşı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası hücumlarını davam etdirir. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, bu günlərdə kolaisiyanın  birlikləri paytaxt Sənanın 50 kilometrliyində yerləşdiyi Nihm şəhərini ələ keçiriblər. Nihmdə husilərin tərəfində vururşan sabiq 312-ci briqadanın qərargahının yerləşdiyi bildirilir. Nihm yaxınlığındaki yüksəkliklərdən   Sana aeroportu top atəşinə tutulub. Koalisiya birliklərinin Cibəl Macər, Hiran Bani -Qilan, Haziz istiqamətində irəlilədiyi bildirilir. Ərəb koalisiyasının irəliləməsinin fonunda bir çox yerlı qəbilələrin prezident Hadinin tərəfinə keçdiyi də bildirilir. Koalisiya gücləri üç ən böyük sahil şəhəri olan Mukha Hudayda və Mukallaya yaxınlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00