Məşhur müğənni səhnədə biabır oldu VIDEO

ABŞ-ın Los-Anceles şəhərində təşkil edilən Qremmi Mükafatlarının təqdimetmə mərasimində çıxış edən Adel texniki nasazlıq üzündən pis vəziyyətdə qalıb. Axar.az consequenceofsound.net-ə istinadən xəbər verir ki, "Dediyim bunlardır" (All I Ask) adlı mahnısını səsləndirərkən pianoda baş verən texniki nasazlıq müğənninin tonunu itirməsinə səbəb olub. Adel və komandası nasazlıqdan xəbərsiz sosial şəbəkə istifadəçiləri və məşhur sənətçilər tərəfindən tənqid ediliblər. Yaşadığı problemlə bağlı Tvitterdən açıqlama verən müğənni, problemin piano mikrofonunun pianonun tellərinin üzərinə düşməsi üzündən yaşandığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00