Türkiyə vətəndaşı İsraildə məhkəmə sədri təyin edildi
17 Fevral 2016 13:20 DünyaTürkiyə vətəndaşı Osman Zeki Yalçın Qüds (Yerusalim) arbitraj mərkəzinin sədri təyin edilib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Osman Zeki Yalçının yəhudi və fələstinli işadamlarının arasındaki narazılıqlara və müqayisəli məsələlərə nəzarət edəcəyi bildirilir. Yaxın günlərdə Osman Zeki Yalçının ailəsi ilə birlikdə Təl-Əvivə gələcəyi xəbəri yayılıb. Adı keçən hüquq mərkəzi 2013-cü ildə məhşur türk işadamı Rifat Hisarcıklıoğlu, yəhudi biznesmen Oren Şaher və ərəb Munib Əl Masri tərəfindən qurulub. Arbitraj məhkəməsinin Dünya Ticarət Palatasına daxil olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00