Blok-posta hücum: 3 hərbi qulluqçu öldü

Pakistanda yaraqlıların blok-posta hücumu nəticəsində DİN-in üç hərbi qulluqçusu ölüb.TASS  xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Kohli şəhərində baş verib. Pakistan hərbi komandanlığının nümayəndəsinin məlumatına görə, daha iki əsgər yaralanıb. Hücum edənlər qaçmağı bacarıblar, hazırda onların axtarışı həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00