Türkiyəyə 1% "dost" oldu

Rusiyada keçirilmiş rəy sorğusunun nəticələri göstərib ki, rəyi soruşulanların 35%-i Türkiyə ilə bütün münasibətlərin kəsilməsinin, 33%-i isə sosial və iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır. Virtualaz.org Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin məlumatına istinadən xəbər verir ki, respondentlərin 23%-i iki ölkə arasındakı münasibətləri "düşmən", 47%-i "gərgin", 14%-i isə "soyuq" adlandırıb. Sorğuda iştirak edənlərin cəmi 1%-i Türkiyəni Rusiyaya dost ölkə hesab etdiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00