Gəlin toyda həbsxanaya girdi
17 Fevral 2016 19:02 DünyaBritaniyada toy gününü unudulmaz etmək üçün ən ekstravaqant fotolar çəkdirən, "maraqlı" yerlərə baş vuranlarıni sayı azalmaq bilmir. Somerset qraflığındakı "Castle Cary" adlı cırtdan qüllə də toy mərasimlərində baş çəkilən məkana çevrilib. The Guardian bildirir ki, 1779-cu ildə tikilən, qərinələr boyu şəhər bələdiyyəsinin cəzalandırdığı oğrular, fırıldaqçılar və digər cinayətkarlar arasında "ən pis"inin saxlanması üçün istifadə olunan bu cırtdan qəsrə dünən bəylə gəlin də yollanıblar. Gəlin qapını açaraq içəri girib, bir neçə dəqiqə sonra "qəsr"i tərk edib. Şəhər bələdiyyəsi qəsrin toy mərasimləri zamanı icarəyə verilməsini düşünməyə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00





