Türkmənistana uçan təyyarədə sərnişin öldü

Bu səhər Moskvanın "Domodedovo" hava limanında Minskdən Aşqabada uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, enişə səbəb uçuş vaxtı sərnişinlərdən birinin ölümü olub.Hava limanında Bakı vaxtı ilə səhər saat 9-da eniş edən təyyarəni təcili yardım maşını qarşılayıb. Sərnişinin hansı səbəbdən öldüyü hələlik açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00