BMT-nin keçmiş baş katibi öldü
17 Fevral 2016 01:53 DünyaBMT-nin keçmiş baş katibi Butros Butros-Qali 94 yaşında vəfat edib.
Virtualaz.org bildirir ki, xəbəri "Reuters" yayıb.
Bu barədə BMT-nin Təhlükəsizlik Şurasına Venesuelanın BMT-dəki nümayəndəsi , bu ay Təhlükəsizlik Şurasına sədrlik edən Rafael Dario Ramires Karrenyu məlumat verib.
Hələlik ölümün səbəbləri barədə heç bir məlumat verilməyib.
Keçmiş baş katibin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00