Ukraynanın baş prokuroru istefa verməyə razılaşdı

Ukraynanın baş prokuroru Viktor Şokin prezident Petro Poroşenkoya istefa ərizəsini göndərib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə LB internet-nəşri yazıb. Nəşrin yazdığına görə, V.Şokin istefa ərizəsini səhər göndərib.

Qeyd edək ki, bundan əvvəl P.Poroşenko ölkənin baş naziri və baş prokurorunu istefa verməyə çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00