Rada hökuməti istefaya göndərə bilmədi
17 Fevral 2016 01:48 DünyaUkraynanın Ali Radası baş nazir Arseni Yatsenyukun rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlığa dair qərarı qəbul edə bilməyib.
APA-nın verdiyi xəbərə görə, qərarın qəbul olunması üçün 226 səs lazım olduğu halda, onu 194 deputat dəstəkləyib.
Məlumata görə, hökumətin istefaya göndərilməsinə dair məsələ yalnız Radanın növbəti sessiyasında təkrar gündəmə çıxarıla bilər.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko da bundan əvvəl baş nazir Arseni Yatsenyuku və baş prokuror Viktor Şokini istefaya çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00