Türkiyə mərmi üzərində mesaj göndərdi

Türkiyə ordusu YPG yaraqlılarına mesajı artilleriya mərmiləri ilə göndərib. Axar.az bildirir ki, Suriyanın şimalındakı hədəfləri məhv edən Türkiyə hərbçiləri mərmilər üzərinə "Sur və Cizrədə şəhid olan yoldaşlarımızı üçün" qeydini yazıb. Xatırladaq ki, artilleriya qüvvələri sərhəddən 13 kilometr məsafədə yerləşən YPG qüvvələrini 4 gündür bombardman edir. Əməliyyatlar zamanı 2 kürd yaraqlısı öldürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00