Valiyə silahlı hücum etdilər
16 Fevral 2016 18:02 DünyaYəmənin cənubunda Ədən şəhərinin valisinə hücum edilib. TASS xəbər verir ki, bu barədə "Al Arabiya" televiziya kanalı məlumat yayıb. Məlumata görə, naməlum şəxslər məmurun içərisində əyalətin təhlükəsizlik rəisi də olan kortejini atəşə tutub. Liman şəhərinin əl-Mansura kvartalında baş verən hücum nəticəsində vali İdrus əz-Zubeydi və onu müşahidə edənlər xəsarət almayıb. Sonradan yaranmış silahlı qarşıdurmada hücum edənlərin bir neçəsi öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00