Yanvar ayının ən populyar kompüter oyunları - SİYAHI

"GTA Online"ın daimi dəstəyi və yenilənməsi sayəsində "Rockstar Games" şirkətinin "Grand Theft Auto V" oyunu artıq üçüncü dəfədir ki, yanvar ayında ABŞ-da ən çox satılan 5 oyundan biri olur. İKT.lent.az-ın "Engadget" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə "NPD Group" şirkətinin apardığı araşdırmada məlum olub. Bu oyun nəinki yerini qoruyub saxlaya bilib, həmçinin daha yaxşı nəticə göstərib. Əgər 2014-cü ilin yanvar ayında bu kriminal döyüş oyunu ilk beşliyə daxil idisə, bir il sonra bu beşliyin üçüncü cərgəsinə qalxıb. Hazırda isə bu oyun ikinci yerdə qərarlaşıb və ancaq "Call of Duty: Black Ops 3" oyunundan geri qalır. "Activision" şirkətinin maliyyə hesabatına əsasən, "Call of Duty: Black Ops 3" 2015-ci ilin dördüncü rübündə buraxıldığı dövrdən iki aydan sonra ən çox satılan oyun adını alıb. "Call of Duty: Black Ops 3" və "GTA V"-dən başqa, 2016-cı ilin yanvar ayının ən populyar oyunları "NBA 2K16", "Star Wars Battlefront" və "Fallout 4" olublar. Yanvar ayının son həftələrinin lideri olan və Böyük Britaniyada ilk yerin sahibi olan "LEGO Marvel's Avengers" "NPD Group"un reytinqinin ilk beşliyinə daxil olmayıb və doqquzuncu yeri tutub. Reytinqdə sonrakı yerləri isə "Minecraft", "Tom Clancy's Rainbow Six Siege" və "Madden NFL 16" oyunları tuturlar. Daha az tələbatı olan oyunlar biri də "FIFA 16" olub ki, o da bu siyahıda onuncu yeri tutub. Xatırladaq ki, "NPD Group" öz statistikasında "Stream" və "PlayStation Store" kimi onlayn mağazalardan yükləmələri nəzərə almır və fiziki kopyaları hesablayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00