Ermənistan əhalisinin sayı 3 milyondan da azdır
16 Fevral 2016 16:35 DünyaSon 36 ildə Ermənistan əhalsinin sayı 3 milyondan da az olub. Ermənistan KİV-i xəbər verir ki, bu haqda ölkənin rəsmi statistika xidməti məlumat yayıb.Məlumata görə, 2016-ci ili yanvarın 1-dək Ermənistan əhalisinin sayə 2 milyon 998 min 600 nəfər olub. Staistika xidməti bildirib ki, ölkə "yaşlaşanlar ərazisinə" çevrilib. Əyalətlərdə əhalinin sayında artım demək olar müşahidə edilməyib.
Qeyd edək ki, 1977-ci ildə ölkə əhalisinin sayı 2 milyon 900 min, bir sonra isə 3 milyondan çox olub. 1992-ci ildə isə Ermənistan əhalisinin sayı 3,6 milyon nəfər təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00