İraqda 50 dinc sakinin basdılrıldığı qəbir aşkarlanıb

İraq hərbçiləri Ramadi şəhərinin onlarla dinc sakininin basdırıldığı qəbir aşkarlayıblar. Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, şəhər bu yazınlarda İŞİD-dən azad edilib. Qəbirin aşkarlanması faktını Ramadi şəhərinin yerləşdiyi Ənbar vilayətində İraq qoşunlarının nümayəndəsi bildirib. Onun sözlərinə görə, qəbir şəhərin şərq hissəsində - Əs-Sufiya rayonunda tapılıb. Burada ən azı 50 nəfərin cəsədi aşkarlanıb. "Onların arasında Ramadinin işğalı dövründə işgəncələrlə öldürülmüş qadın və uşaqlar da var", - mənbə belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00