Baş nazirin müşaviri 50 milyon dolları mənimsəyib

"Lokyanlar ailəsi Ermənistan prezidenti Serj Sarkisyana daşnakların yeni təzyiq vasitələrinə dönüblər. Onlar daha da acgöz, tamahkar olublar". Erməni mediası belə yazır. Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun funksionerlərindən olan David Lokyanın mövqeləri Yerevanda güclənir. Sabiq kənd təsərrüfatı nazirinin Ərazi-İdarəetmə Nazirliyinə rəhbər təyin olunacağı deyilir. Milli.Az "Haykakan Jamanak"a istinadən bildirir ki, David Lokyanın oğlu Sergey baş nazir Ovik Abramyanın müşaviridir. S.Lokyanın 115985450 dramlıq "rəsmi" varidatı var ki, bu pulların 71465140 dramı, sadəcə, qiymətli kağızlardan ibarətdir. Baş nazirin müşavirinin varidatının real həcminin isə minimum 50 milyon dollar olduğu vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00