Neymarın yaxtası ilə şəxsi təyyarəsinə həbs qoyuldu

Braziliya hakimiyyəti Neymarın bəzi aktivlərini dondurub. Goal.az xəbər verir ki, San-Paulu şəhərinin Federal məhkəməsi ulduz futbolçunun 45 milyon avro dəyərində olan əmlakına, o cümlədən şəxsi təyyarə və yaxtasına həbs qoyub. Məhkəmə 2015-ci ilin sentyabrında bu qərarı versə də, qarşı tərəf apellyasiya şikayəti təqdim etmişdi. Lakin müraciət mənfi cavablandırılıb. Ötən il aparılan araşdırmalar nəticəsində Neymar, ailəsi və onlarla əlaqəli şirkətlərin 2011-2013-cü illərdə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməməsi aşkarlanmışdı. Həmin vaxt "Santos"da forma geyən "sambaçı" və atası bu ittihamı rədd edirlər. Yanvar ayında onlar 2007-08-ci illərdəki vergi borcuna görə 100 min avro cərimə ödəməli olmuşdular. Braziliya Federal Vergi agentliyinin auditoru Yaqaro Şunq Martinş Neymarın yayındığı vergiləri ödəyəcəyi halda həbsə getməyəcəyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00