Belçika şahzadəsi Loran kral həyatından yorulub
16 Fevral 2016 15:14 DünyaBelçika şahzadəsi Loran şahzadə olmaqdan yorulub. Trend People jurnalına istinadən xəbər verir ki, bu barədə şahzadə özü bəyan edib. Jurnal yazır ki, 52 yaşlı Loran hər şeyə malik olan insan kimi görünür. Onun şahzadə xanım Kler ilə nikahı və 3 övladı var. Avropada böyük hörmətə malikdir. Loran Hərbi-dəniz qüvvələrinin yüksək rütbəli zabitidir, ekologiya məsələləri ilə məşğuldur, dövlətdən ildə 342 min dollar təqaüd alır. Şahzadə deyib ki, xeyriyyə məsələlərində statusu tərəfindən yaranan imkanları dəyərləndirir. Loran etiraf edib ki, kral həyatından vaxt aşırı bezir: "Siz şahzadə olmağı oyrənmirsiniz - bu, hiss olunacaq bir şeydir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00