Baş nazirin istefası üçün imza toplanır
16 Fevral 2016 14:56 DünyaUkrayna Ali Radası qarşısında hökumət və baş naziri istefaya göndərmək tələbi ilə mitinq keçirilir. "Qafqazinfo" Ukrayna KİV-ə istinadən xəbər verir ki, meydana 300-ə qədər insan toplaşıb. Onlar "Hökumət-istefaya!", "Yatsenyuk -barmaqlıqlar arasına!" kimi şüarlar səsləndirirlər. Eyni zamanda, "Petro Poroşenkonun Bloku" da baş nazir Arseniy Yatsenyukun istefaya göndərilməsi üçün deputatların imzasını toplamağa başlayıb. Artıq 70 imza əldə edilib. Hökumətə inamsızlıq məsələsinin müzakirəsi üçün 150 imza toplamaq lazımdır.
Virtualaz.org xatırladır ki, Odessa Vilayəti Administrasiyasının rəhbəri Mixail Saakaşvili də Ukrayna hökumətini istefaya çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00