Rusiya və OPEC neft hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılığa gəliblər
16 Fevral 2016 13:49 DünyaRusiyanın energetika naziri Aleksandr Novakın OPEC-ə üzv olan bəzi ölkələrin nümayəndələri ilə Qatarın paytaxtı Doha şəhərində keçirdiyi görüşdə neftin hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılıq əldə olunub. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda bildirib.
Səudiyyə Ərəbistanın neft naziri Əli əl-Naimi isə bildirib ki, hasilat fevralın 11-ə olan səviyyədə saxlanacaq. "Səudiyyə Ərəbistanı da bu qərarla razılaşıb", - deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00