PKK lideri Əsədin agenti çıxdı
16 Fevral 2016 12:53 DünyaPKK-nın Suriya qolu PYD lideri Saleh Müslimin Suriya kəşfiyyatı ilə əlaqələri üzə çıxıb. Axar.az bildirir ki, bu barədə PKK-nın keçmiş üzü "Akit" qəzetinə məlumat verib. Əbdülqədir Ayqan adlı keçmiş təşkilat üzvü bu məlumatı PKK-dan öyrəndiyini iddia edib: "Ağlı yerində və cahil olmayan hər kəs bilir ki, PYD PKK deməkdir. PYD-nin başındakı Saleh Müslim Bəşər Əsədin agentidir. Yəni Saleh Müslim Suriya kəşfiyyat xidmətinə (Muhaberat) çalışır. Bu məlumatı PKK-dakı mənbəmdən öyrənmişəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00