“Apple Watch” saatlarının qiyməti 100 dollar ucuzlaşıb
16 Fevral 2016 19:07 DünyaAvropanın və ABŞ-ın bir çox pərakəndə mağazalarında "Apple Watch" "ağıllı" saatlarının qiyməti 100 dollar ucuzlaşıb. "Vistanews.ru" saytının məlumatına görə, hazırda bu saatların 38 millimetrlik standart displeyli modelinin qiyməti 250 dollar təşkil edir. 42 millimetr ekranlı "Sport" versiyasının qiyməti isə 300 dollardır. "Apple" korporasiyasının əməkdaşları yaranmış vəziyyətlə bağlı hələlik şərh vermirlər. Ancaq bununla belə, bəzi mütəxəssislər bildiriblər ki, qiymətlərin düşməsi yaxın zamanlarda "Apple Watch 2" saatlarının satışa çıxacağı ilə bağlıdır. Xüsusilə də qiymətlərin aşağı düşməsi B&H, "Best Buy" və "Target" kimi riteyllərdə müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00