İran Rusiyadan 8 milyardlıq silah alır

İran Rusiyadan 8 milyard dollar dəyərində silah və hərbi texnika almağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti hərbi mənbələrinə istinadən məlumat yayıb. Artıq Tehran istədiyi silahların siyahısını Rusiyaya təqdim edib. İranın bundan əlavə, Miq-29, Su-24 və sualtı qayıqlarını təmir etdirmək üçün Rusiyadan yardım da istəyəcəyi bildirilir.

Qeyd edək ki, İranın Müdafiə naziri Hüseyn Dehqan hazırda Moskvada səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00