Ştaynmayer: "Qarabağ münaqişəsinin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim"

Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır. Bunu "İnterfaks"a müsahibəsində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. O bildirib: "Sözün düzü, bu münaqişələrin dondurulmuş adlandırılması ilə barışmaq istəməzdim. İldən-ilə onlardan insanlar əziyyət çəkir, müvafiq regionların inkişafı ləngiyir. Kiçik, lakin konkret addımlarla atəşkəs rejimini stabilləşdirməyi, etimadı möhkəmləndirməyi və yerlərdə insanların gündəlik həyatını yüngülləşdirməyi - məsələn, iqtisadi mübadilənin gücləndirilməsi yolu ilə - planlaşdırırıq". XİN rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında sərhəddə təmas xətti boyunca silahlı toqquşmalar narahatlıq doğurur: "Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensifikasiyasının tərəfdarıdır". O əlavə edib ki, atəşkəs rejiminin pozulması şəraitini araşdırmaq üçün mexanizmin yaradılması vacib addım ola bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00