Tbilisidə Xocalıya ədalət aksiyası keçirilib
16 Fevral 2016 11:58 Dünya"Borçalı-İrəli İctimai Birliyi"nin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində informasiya bukletlərinin paylama aksiyası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, aksiyada Tbilisidə təhsil alan tələbə-gənclər, ictimayyət nümayyəndələri iştirak ediblər. Aksiyadan öncə təşklilatın sədri Məhəbbət İmanov iştirakçılara Xocalı qətliamı haqqında məlumat verib. Tbilisinin mərkəzi küçələrində yürüş edən gənclər tərəfindən şəhər sakinlərinə və qonaqlara Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin gürcü, ingilis dillərində çap etdirdiyi məlumat bukletləri, posterlər paylanılıb. Şəhərin mərkəzi küçələrinin ictimai nəqliyyat dayanacaqlarına, divarlarına, və əhalinin ən çox toplaşdığı məkanlara Xocalı qətliamı haqqında informasiyalı və görüntülü posterlər yerləşdirilib. Aksiyanı təşkilatçısı M.İmanov qeyd edib ki, şəhər sakinləri və qonaqları tərəfindən bu qətliam haqqında aldıqları məlumatlar və həqiqətlər olduqca maraqla qarşılanıb, bu hadisələr haqqında öyrənən xarici və yerli vətəndaşlar terroru törədənləri lənətləyərək, bu hadisələrə ədalət tələb ediblər. Qeyd edək ki, Xocalıya ədalət kampaniyası Gürcüstanın bir sıra bölgələrində davam edir.