Alfred Kox İnterpola verildi - Rəsm qaçaqmalçılığı
16 Fevral 2016 11:55 DünyaRusiyanın sabiq baş nazir müavini Alfred Kox beynəlxalq axtarışa verilib. "Qafqazinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, yazıçı və biznesmen olan Kox qaçaqmalçılıqda ittiham edilərək barəsində qiyabi həbs qərarı çıxarılıb. Söhbət sovet rəssamı İssak Brodskinin əsərlərindən birinin qaçaqmalçılığından gedir.
Qeyd edək ki, hələ 2014-cü ildə Alfred Koxa qarşı "mədəni dəyərlərin qaçaqçılığı" maddəsi ilə cinayət işi açılmışdı. Cinayəti sübuta yetərsə onu 1 milyon rubl cərimə, 3 ildən 7 ilə kimi həbs gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00