Türkiyə, Rusiyanın Suriya siyasətini Ukrayna və Cənubi Qafqazda cavab verməklə önləyir
16 Fevral 2016 11:53 Dünya"Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ukraynaya səfəri, Kiyevdə Rusiyaya qarşı kəskin hətta, Qarabağ münaqişəsində açıq olaraq, Rusiyanı tərəf kimi göstərməsi ciddi mesaj kimi dəyərləndirilməlidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Bildirib ki, Prezident Ərdoğan da Azərbaycana səfəri çərçivəsində Rusiyanın özünün "maraq dairəsi" hesab etdiyi Cənubi Qafqazla bağlı Kremlə mesajlarını yollayacaq: "Ukraynada, həm də Azərbaycanda Türkiyənin liderlərinin Rusiyaya mesajları regionda yeni dönəmin başlanğıcından xəbər verir. Türkiyə artıq Rusiyaya qarşı regionda nüfuz mübarizəsinə keçib. Türkiyə, Rusiyanın Suriya siyasətini Ukrayna və Cənubi Qafqazda cavab verməklə önləyir. Ən diqqət çəkən budur ki, NATO-nun gəmiləri Batumi limanında lövbər salıb və Türkiyə Rusiyanın konfliktlər yaratdığı ölkələrdə öz siyasi imicini formalaşdırır". Politoloq deyir ki, son baş verən siyasi proseslərdən Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycan ittifaqının qurulması önəmlidir: "Hər üç ölkə Rus işğalından əziyyət çəkir. Türkiyənin dəstəklədiyi bu mövqe NATO-nun mövqeyidir. NATO Cənubi Qafqazdan və Ukraynadan Rusiyanın sıxışdırılmasını hədəfləyib və bu ritorika ilə Türkiyə artıq mübarizə aparır".