Rusiyada kilsəyə heç kimin gözləmədiyi təklif
16 Fevral 2016 08:18 DünyaRusiyada kilsə ilə qazanxana tikintisi ilə məşğul olan şirkət maraqlı razılığa gəlib. ANS PRESS-in məlumatına görə, Rusiyanın Nijni Novqorod şəhərindəki Ortodoks Kilsəsinin yepiskopluğu kilsənin qazanxana tikilməsi üçün ödəməli olduğu 916 min rubl (11 min 500 dollar) borcun yarısını ödəyə bilməyəndə şirkət məhkəməyə müraciət edib.
Lakin şirkətin rəhbərlərinin dindar olması kilsənin işinə yarayıb. İlk məhkəmə iclasında razılığa gələn tərəflər geri qalan 258 min rublun əvəzinə şirkət rəsmiləri və onların ailələri üçün kilsənin dua etməsi şərti ilə borcun geri qalanı haqqında razılaşıblar.
Bu razılıq haqqında təklifin şirkət tərəfindən edildiyi bildirilir. Bundan təəccüb hissi keçirən kilsə nümayəndələri icra rəsmilərinin duanın həqiqətən oxunub-oxunmadığını müşahidə etmək haqqına sahib olduğunu bildirib.
Lakin şirkət rəsmiləri bildirib ki, -"biz inanclı ortodokslarıq, kilsəyə güvənirik. Dua etməsələr vicadanları bilər, amma biz onlara güvənirik və dualarının təsirini hiss etməyə belə başlamışıq". Şirkətin və işçilərinin rifah səviyyəsinin bundan sonra yüksəldiyini də qeyd ediblər.