Ukrayna höküməti Rusiyanın tətbiq etdiyi qadağaya cavab olaraq, Rusiyada qeydiyyatdan keçmiş yük maşınlarının Ukrayna ərazisinə buraxılmayacağını elan edib. Bundan əvvəl Rusiyada 152 Ukrayna nömrə nişanlı yük maşını saxlanılıb və Ukraynada qeydiyyatdan keçmiş yük maşınlarının ölkə ərazisinə daxil olmasına qadağa qoyulub. Cavab tədbirləri Ukraynada bir qrup fəalınBelarus və digər qərb ölkələrinin sərhədlərində tranzit hərəkət edən Rusiya yük maşınlarının qarşısına kəsməsindən sonra qəbul olunub. Rusiya baş naziriDmitri Medvedev, bu qərarın Ukrayna hökümətini problemi həll etməyə vadar etmək məqsədilə qəbul olunduğunu bildirib.
"Biz başa düşürük ki, Ukrayna ərazisində baş verənlərə görə Ukrayna dövləti məsuliyyət daşıyır. Onlar təəsüflər olsun ki, ölkədə qayda-qanun yarada bilmir, bəzi quldurlar odlu silahla yollarda yük maşınlarını saxlayır. Bu o anmala gəlir ki, Ukraynada düz-əməlli hökümət mövcud deyil. Başqa sözlə desək, hazırda hakimiyyət ekstrimistlərin əlindədir, onlar ya höküməti özlərinə tabe edib ya da hökümət onların bu əməllərinə heç bir reaksiya göstərmirmək istəmir."
Həmin insidentlə beynəlxalq nəqliyyat qanununlarının kobudcasına pozulduğunu bildirən Medvedev, bu məqsədlə cavab ölçüləri qəbul etməli olduqlarını dilə gətirib.
Ukrayna tərəfi bildirib ki, Rusiyanın yük maşınlarının tranzit keçidinə qoyulmuş qadağa Rusiya hökümətinin ukrayna maşınlarını Rusiya ərazisinə buraxmasından sonra ləğv olunacaq.
Moskva ilə Kiyev arasında münasibətlər Krım yarımadasının Rusiya Federasiyasına ilhaq edilməsindən və Donetsk və Luqanskın rusyönümlü döyüşçülərin nəzarətinə keçməsindən sonra gərginləşib. Hazırda iki ölkə arasında ərzaq idxalı, mülki aviasiya və digər sahələr üzrə qarşılıqlı sanksiyalar qüvvədədir.