Moskvanın "Şeremetyevo" hava limanı özəlləşdirilib
15 Fevral 2016 17:31 DünyaRusiyanın "Şeremetyevo" hava limanının aktivlərinin konsolidasiyasından sonra nizamnamə kapitalında dövlətin payı 31,56% təşkil edəcək. "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, "Şeremetyevo Holdinq"in payı isə 68,44%-ə çatıb. Mətbuatın yazdığına görə, "Şeremetyevo Holdinq" milyarderlər Arkadiy Rotenberq, Aleksandr Ponamorenko və Aleksandr Skoroboqatkoya məxsusdur. Sənəddə qeyd edilir ki, qəbul olunan qərarlar Moskvanın aviasiya qovşağının strateji inkişafına hesablanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00