Ruslar qəsəbəni yerlə yeksan etdilər
15 Fevral 2016 19:53 DünyaSuriyanın Hələb şəhərində Bəşər Əsədə müxalif olan "Azad Suriya Ordusu"nun nəzarətindəki Azez qəsəbəsi Rusiyaya məxsus təyyarələr tərəfindən bombardman edilib. Publika.az bildirir ki, qəsəbənin bombardman edilməsinə səhər saatlarında başlanılıb. Rusiya döyüş təyyarələri bu qəsəbəyə çox sayda hücumlar təşkil edərək Azez bölgəsini darmadağın ediblər. Bombardman nəticəsində çoxlu sayda ölən və yaralılar var. Onların arasında azyaşlı uşaqların olduğu deyilir. Yaralıların bir qismi öz yaxınları tərəfindən avtomobillərlə Türkiyə sərhədinə gətirilib. Daha sonra isə yaralılar Türkiyənin Öncüpınar sərhəd-keçid məntəqəsindən təcili-tibbi yardım maşınları ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00