Neslihan Atagül nişanlısı üçün kursa gedir ki...
15 Fevral 2016 19:50 DünyaTürkiyənin məşhur aktrisası Neslihan Atagül sevgilisi Kadir Doğulu üçün yemək kursuna yazılıb. Türkiyə mətbuatı xəbər verir ki, aktrisa açıqlamasında bildirib ki, nişanlısı Kadir mədəsinə düşkündür və yemək yeməyi çox sevir. Buna görə də aktrisa dadlı yeməklər bişirmək üçün kursa getməyə qərar verib. O, Akdeniz və uzaq Şərq mətbəxini öyrənmək fikrindədir. Aktrisa hazırda baş rolda oynadığı "Kara sevda"nın çəkilişlərindən sonra kursa gedir.
Qeyd edək ki, Neslihan Atagül 2 ildir sevgili olduğu Kadir Doğulu ilə bu ilin iyununda evlənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00