BƏƏ-də 4 İŞİD üzvü barəsində edam hökmü çıxarılıb
15 Fevral 2016 18:35 DünyaBirləşmiş Ərəb Əmirliyində (BƏƏ) terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda ittiham edilən 4 nəfər barəsində edam, 6 nəfər barəsində isə 3-10 il arasında azadlıqdan məhrumetmə cəzası çıxarılıb. BƏƏ-nin "WAM" xəbər agentliyi xəbər verir ki, bu haqda yüksək Federal Məhkəməsi məlumat yayıb. Məlumata görə, məhkəmədə terrorçu qruplaşma ilə əlaqəsi olmaqda şübhəli bilinən 11 nəfər mühakimə edilib, onlardan biri haqqında bəraət hökmü çıxarılıb. Edam olunanlar BƏƏ, o biri 6 məhkum isə Mavritaniya, Bəhreyn, Suriya və Əmirlik vətəndaşlarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00