Sergey Narışkin ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
15 Fevral 2016 16:12 DünyaRusiya Dövlət Dumasının sərdi Sergey Narışkin ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak edəcəyini təsdiqləyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya parlamentinin aşağı palatasının spikeri ATƏT PA-nın qış sessiyasındakı çıxışında sanksiyalar mövzusuna toxunacağını da istisna etməyib.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın sonunda Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00