XİN sözçüsü: "Türkiyə ərazisi Suriyadan atəşə tutulub"

"Türkiyə ordusu Suriya ilə sərhəddə atəşə tutulub". APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç deyib. O bildirib ki, Türkiyənin Hatay vilayətindəki sərhəd-keçid məntəqəsində hərbçilər hücuma məruz qalıb: "Hərbçilərimiz cavab atəşi açıblar. Cavab atəşi nəticəsində PYD üzvü olan Suriya kürdləri xəsarət alıb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00