Qətər Səudiyyə Ərəbistanından təklif gözləyir
15 Fevral 2016 18:31 DünyaQətər təklif aldığı halda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında Suriyada yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır. TASS xəbər verir ki, bu barədə əmirliyin müdafiə naziri Xalid əl-Atıya bildirib. Nazirin sözlərinə görə, onun ölkəsinin "Ər-Riyad xahiş etdiyi" halda, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə çiyin-çiyinə durmağa hazırdır. Bununla yanaşı əl-Atıya qeyd edib ki, əmirliyin mövqeyi artıq müəyyənləşdirilib: Suriya xalqının müdafiəsi üçün yerüstü əməliyyatın keçrilməsi tələb edilərsə, Qətərin çağırışa "hə" deyəcəyi Dohada 2015-ci ilin oktyabr ayında təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00