Polis qızının məktubu hər kəsi duyğulandırdı

Türkiyənin Siirt şəhərində bir polis qızı tərəfindən atasına yazılmış məktub hər kəsi duyğulandırıb.  Bizimyol.info bildirir ki, ölkədə PKK terroruna qarşı mübarizə davam edir. PKK terrorçularına qarşı başladılan əməliyyatlardan biri də Siirt şəhərində keçirilir. Əməliyyatlar zamanı məktəblilər, könüllü xanımlar və polis ailələri, əsgər və polislər üçün yeməklər hazırlayaraq onlara göndəriblər. Yeməklərin arasından isə Dəfnə adlı yeniyetmə bir qızın məktubu çıxıb. Məktub polis və əsgərləri duyğulandırıb.  

Məktubda yazılanları təqdim edirik:

"Vətənimiz və millətimiz üçün verdiyiniz canlar, axıtdığınız qanlar inanın ki, boşuna deyil. Bu torpaqlarda bu millət olduğu müddətdə nə şanlı bayrağımız göylərdən enəcək, nə də bir parça torpağımız düşmənə veriləcək. Heç kimə verəcək torpağımız yoxdur. Amma hamısını basdırmağa torpağımız var. Gözümüzün nuru, göz bəbəyimiz, qürur mənbəyimiz sevgili qardaşlarım, hamınızın Allah köməyi olsun. Allah sizləri qorusun. Sizləri çox sevən bacınız Dəfnə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00