Erməninin acı etirafı: "Qarabağı itirdik, ağlı olan da qaçır!"

Xroniki xəstə olan dövlət qurmuşuq. Məhz bu səbəbdəndir ki, son illərdə ölkəni 2 milyondan artıq erməni tərk edib. Miqrasiya, kütləvi mühacirət olmasaydı, indi Ermənistanın əhalisinin sayı 4,3 milyon nəfər olardı. Bunu Ermənistanın tanınmış demoqrafı Ruben Yeqanyan Yerevandakı 1-ci İnformasiya Kanalına verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə aparılmış son siyahıyaalmada Ermənistanda 3 milyon 2 min nəfərin yaşadığı bildirilib. Halbuki, ölkə sakinlərinin real sayı təqribən 2,874 milyon nəfərdən artıq deyil. R.Yeqanyanın dediyinə görə, vəziyyətdə köklü dəyişikliklər olmasa, bundan sonrakı illərdə Ermənistanda əhalinin sayı daha 1,5 milyon nəfər azalaraq 1,37 milyon nəfərə düşə bilər.

O, 1990-cı illərdən bəri Ermənistanda mühacirətin fasiləsiz prosesə çevrildyiini vurğulayıb.

"Xəstə ölkə, xəstə dövlət yaratmışıq. Özü də dövlətimiz xroniki xəstədir. Bu xəstə ölkənin vardığının bir nəticəsi də kütləvi mühacirət, insanlarımızın ölkədən qaçmalarıdır. Ermənilərin miqrasiyası sistemli hadisədir və onun kökündə ölkəmizin, cəmiyyətimizin siyasi, iqtisadi, sosial və mənəvi-psixoloji bəlaları durur. Bu bəlalardan birini aradan qaldırmaqla problem həll olan deyil. Bütün sistemi sağlamlaşdırmalıyıq. Ölkədəki əhalinin sayını artırmağın, normaya salmağın iki yolu var: doğuşların sayını artırmaq və insanları "idxal" etmək, yəni gedənlərin qayıtmalarına nail olmaq", - R.Yeqanyan deyib. R.Yeqanyan son 5 ildə Dağlıq Qarabağı tərk edən ermənilərin sayının fasiləsiz artdığını, Xankəndidəki rejimin buraya yeni "sakinlərin" cəlb olunmasına yönəlmiş proqramlarının heç bir effekt vermədiyini də vurğulayıb.
"Dağlıq Qarabağa Ermənistandan və başqa ölkələrdən erməniləri cəlb etmək məqsədi güdən proqramlara milyonlarla dollar pul xərcləndi, amma onların heç biri gözlənilən nəticə vermədi. Yalnız onu deyə bilərəm ki, Dağlıq Qarabağda məskunlaşan bir ailənin əvəzində oranı 11 ailə tərk edib. Qarabağı itirdik, ağlı olan oradan qaçır. Səbəbsə odur ki, oradakı ermənilər sabaha inanmırlar. Qorxurlar ki, hər an müharibə başlaya bilər, malik olduqlarını da itirərlər", - R.Yeqanyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00