Dünyanın ən dəqiq atom saatı yaradıldı
15 Fevral 2016 19:20 DünyaAlmaniyanın Fizika-Texnika Federal İnstitutunun alimləri dünyada ən dəqiq atom saatı yaradıblar. Dünyanın nüfuzlu "Physical Review Letters" elmi jurnalında dərc olunan məqalədə saatın mexanizmi ionların titrəyişini saniyədə trilyonlarla dəfə ölçür ki, bu da yüksək dəqiqlik əldə etməyə imkan verir. Xarici elmi portallar xəbər verir ki, əvvəliki atom saatı ilə müqayisədə itterbium atomunun titrəmə tezliyi yüksək olduğundan yeni atom saatı 100 dəfə daha dəqiq işləyir. Atom saatı kosmik gəmi, peyk, ballistik raket, təyyarə, sualtı qayıqların mövqeyinin təyin edilməsi üçün, eyni zamanda, peyk vasitəsilə avtomatik rejimdə hərəkət edən avtomobillərdə naviqasiyada istifadə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00