Murat Boz sevgilisinə görə hər kəsi sildi
15 Fevral 2016 19:15 Dünya"Kardeşim benim" filminin baş rol qəhrəmanları Murat Boz və Aslı Enver yayılan sevgi dedi-qodularını təsdiqləyiblər. Onlar birgə fotolarını şəxsi İnstaqram profillərində ürək simvolu ilə paylaşıblar. "Hürriyet" bildirir ki, ötən gün Murat Boz şəxsi İnstaqram hesabında sevgilisi üçün sürpriz etdiyi ürək formalı şarların şəklini paylaşaraq: "Sevgililər gününüz mübarək. Hər zaman sevin və sevilin inşallah!" yazıb.
Qeyd edək ki, müğənni bu şəkillə kifayətlənməyərək, şəxsi İnstaqram hesabında izlədiyi hər kəsi silərək yalnız Aslının hesabına abunə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00