Zika Rusiyaya da gəlib çıxdı

Rusiyanın İstehlak Bazarına Nəzarət İdarəsinin (Rospotrebnadzor) məlumatına əsasən, bu ölkədə Zika virusuna ilk yoluxma faktı aşkarlanıb. Rusiya KİV-i xəbər verir ki, yoluxmuş qadın Dominikan Respublikasında turist səfərində olub və məhz orada yoluxub. Moskvaya qayıtdıqdan bir neçə gün sonra xəstənin vəziyyəti pisləşib - temperaturu qalxıb və bədənində səpkilər əmələ gəlib. Analizlər qadında Zika virusuna yoluxmanı təsdiq edib. Hazırda xəstənin infeksiya bölməsində xüsusi palatada müalicə aldığı bildirilir, onun vəziyyəti kafidir. Qadının yaxın qohumları yoxlanılır, onun uçub gəldiyi təyyarənin göyərtəsində dezinfeksiya işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00