Medvedev: "Qərbdən sanksiyaların ləğvini xahiş etməyəcəyik”
15 Fevral 2016 14:18 Dünya"Rusiya Qərbdən sanksiyaların ləğv olunmasını xahiş etməyəcək". APA-nın məlumatına görə, bunu Rusiya baş naziri Dmitri Medvedev "Time" jurnalına müsahibəsində deyib. O bildirib ki, Qərb dövlətləri özləri sanksiyaları dayandıracaq: "Özləri gəlib deyəcəklər ki, bütün bunlara son qoyaq, çünki bundan heç kim qazanmayıb, əksinə hamıya pis təsir edir". D. Medvedev əlavə edib ki, bu sanksiyalar Rusiyaya güclü təsir göstərməyib: "İnkişaf edirik, sağıq və sağ qalacağıq. Rusiyanın siyasi mövqeyini dəyişə bilməyiblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00