Dağıstanda polis postu yaxınlığında terror aktı baş verib, ölən və yaralananlar var
15 Fevral 2016 12:42 DünyaRusiyanın Dağıstan Respublikasında Dövlət Yol Polisi İdarəsi postu yaxınlığında partlayış baş verib. APA-nın məlumatına görə, Dərbənd şəhərindən 15 kilometr aralıda baş vermiş partlayış nəticəsində Yol Patrul Xidmətinin əməkdaşı və 3 mülki şəxs ölüb, 5 nəfər yaralanıb. İlkin məlumatlara görə, hadisə YPX əməkdaşının şübhəli avtomobili yoxlayan zaman baş verib. RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Dərbənddə baş vermiş partlayışın "cənub qruplaşması"nın döyüşçüləri tərəfindən təşkil edildiyi haqqında məlumat yayıb. Məlumatda terrorçu-kamikadzenin avtomobilin sükanı arxasında olduğu və özünü partlatdığı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00