Ermənilər: "Biz qorxuruq" VIDEO

Videoda telereportyor Vahid Mustafayev Mardakert (Ağdərə) rayonunun Zeyni kəndinin erməni sakinlərindən müsahibə alır.

Ağdərə (Mardakert) - Azərbaycanın  qərbində yerləşən şəhərdir. İnzibati olaraq Tərtər rayonu ərazisində yerləşir. Tərtər-İstisu avtomobil yolunun kənarındadır. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilib.  Anspress  bildirir ki, keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olub. XIX əsrdə burada məskunlaşdırılan ermənilər rayonun və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən isə Mardarkert kimi rəsmiləşdirib. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə - Ağdərə adlandırılıb.

Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilib. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən Ermənistan ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00