Stallone şokolad aldı, qaçdı
15 Fevral 2016 12:08 DünyaDünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Silvestr Stallone dünən 14 fevral - Sevgililər günü münasibətilə Los-Ancelesdəki şokolad dükanlarından birinə yollanıb. TMZ bildirir ki, 69 yaşlı aktyor xanımına və üç qızına ürək formasında şokoladlar alıb. Şokoladlar "Rokki"nin 47 yaşlı xanımı Cennifer Flavin, habelə onun qızları - 19 yaşlı Sofiya, 17 yaşlı Sistin və 13 yaşlı Skarlet üçün nəzərdə tutulmuşdu. Dükana reportyorların gəldiyini görəndə "Rokki" aradan çıxmağa üstünlük verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00